Azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin toxumları genobanklarda saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.

Dünyada geniş yayılmış qiymətli damazlıq heyvanların qorunması da təmin edilir.

Genobankların təşkili müvafiq icra hakimiyyəti orqanının qaydasına uyğun aparılır.

Süni mayalandırma və embrion transplantasiyası yalnız icazə əsasında həyata keçirilə bilər.