Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətini tənzimləmək və onların təhlükəsizliyini təmin etmək səlahiyyətinə malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və istehlakçıların hüquqlarının qorunması da təmin olunur.

Nəzarət tədbirləri çərçivəsində lazımi məlumatların toplanması mümkündür.

Nəzarət subyektlərinin səlahiyyətli idarəetmə orqanlarının iclaslarına müdaxilə hüququ Mərkəzi Banka məxsusdur.