Sonuncu instansiya KREDİTORU

07 Oktyabr 2025, 01:12

Mərkəzi Bank likvidlik çatışmazlığı olan banklara sonuncu instansiya krediti verə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Kredit müddəti altı aydan çox olmamalı və yalnız bir dəfə uzadıla bilər.

Mərkəzi Bank İdarə Heyəti digər şərtləri müəyyən edir.

Maliyyə bazarlarının sabitliyinə təhdid olduqda kredit müddəti daha uzun ola bilər.