ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Qəzza bölgəsindəki vəziyyətin nizamlanmasında iştirakına dair siqnal verib.
Heftelik.az-ın məlumatına görə, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Trampın sözlərinə görə, onun Qəzzada nizamlanma planını artıq bir çox Yaxın Şərq ölkələri dəstəkləyib. “Hamı istəyir ki, biz buna son qoyaq, belə bir şey heç vaxt olmamışdı”, – deyə ABŞ rəhbəri vurğulayıb və əlavə edib ki, adətən “80% heç bir tədbirin görülməsini istəmir”.
“Biz İrandan siqnal aldıq, çox aydın bir siqnal. Onlar istəyirlər ki, bu başa çatsın”, – deyə Tramp qeyd edib.