Mərkəzi Bank açıq bazarda dövlət və öz qiymətli kağızları, həmçinin xarici valyuta ilə əməliyyat aparır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Emissiya edilmiş qiymətli kağızların buraxılışı və geri alınması İdarə Heyəti tərəfindən müəyyən edilir.

Mərkəzi Bank faiz dərəcələrini ölkənin makroiqtisadi durumu və pul bazarının likvidliyinə görə təyin edir.

Uçot dərəcəsi və faiz dərəcələri dərc edilir və əməliyyatlarda tətbiq olunur.