“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ötən günlərlə müqayisədə nisbətən yaxşıdır”.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.
Onun sözlərinə görə, atasının huşu bərpa olub, müalicəsi Mərkəzi Gömrük Hospitalında davam edir.
“Xəstəxanaya yerləşdiriləndə huşu özündə deyildi, artıq yavaş-yavaş bərpa olur. Səhhətində müsbət dinamika müşahidə edilir”, – deyə Əyyub Quliyev bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstaxanadan bildirilib ki, o, hemodializ alır, spontan tənəffüsdədir.