Ağdaşda yol qəzasında iki bacı həyatını itirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən – 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və onun bacısı 1978-ci il təvəllüdlü Elnarə Soltanovanı vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Onlar həkim qəbuluna gedirmişlər.

Astara rayonunun Giləkəran kənd sakinləri olan bacılar doğulduqları kənddə dəfn olunublar.