Ticarət-əyləncə komplekslərində istilik, qaz təchizatı, ventilyasiya və kondisioner sistemləri müvafiq normativlərə uyğun layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Binaların enerji effektivliyi mütləq şəkildə müəyyən olunmuş minimum normalara cavab verməlidir.
İsitmə, ventilyasiya və kondisioner sistemləri mikroiqlim parametrlərinin optimal göstəricilərinə əsasən qurulmalıdır.
Su təchizatı və kanalizasiya sistemləri isə AzDTN və TNvəQ standartlarına uyğun olmalıdır.