Bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin ikinci hissələrinə əsasən hazırlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ekoloji ekspertizanın əsas məqsədi ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısını almaq və nəticələri proqnozlaşdırmaqdır.
Qayda dövlət və ictimai ekoloji ekspertiza formalarını nəzərdə tutur.
İstifadə olunan əsas anlayışlar müvafiq qanunlarda göstərilən mənaları ifadə edir.