Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü V.R.-i 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib.
Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
***
saat 13.43
Gəncədə qətl hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi V.R. bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.