Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər.
Heftelik.az-ın məlumatına görə, hərbi hissədə yerləşən hərbi qulluqçular, ailə üzvləri və digər seçicilərin siyahıya daxil olması üçün daimi yaşayış faktı əsas götürülür.
Bu fakt hərbi hissə komandirinin əmri ilə təsdiqlənir. Həmçinin yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyat aparan orqanların məlumatları istifadə olunur. Bu qayda seçici siyahılarının dəqiqliyini təmin edir.