Ticarət-əyləncə komplekslərinin ərazisi icazəsiz nəqliyyat vasitələrinin girişini önləyən fiziki sədlərlə hasarlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Əraziyə yalnız şlaqbaum və nəzarət-buraxılış məntəqələri vasitəsilə giriş mümkündür.

Kompleks sahəsi videomüşahidə kameraları ilə təmin olunmalıdır.

Bu, ərazinin təhlükəsizliyini daha yüksək səviyyədə təmin edir.