Bu Tələblər “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və minatəmizləmə fəaliyyətinə dair ümumi norma və qaydaları müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Tələblərin məqsədi partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılmasıdır.
Bununla yanaşı, minatəmizləmə əməliyyatlarının təhlükəsiz və effektiv təşkilinə diqqət yetirilir.
Tələblər həm icraçı heyətin, həm də minatəmizləmə fəaliyyətindən faydalanan şəxslərin təhlükəsizliyini təmin edir.
