Nizamnamə dövlət və bələdiyyə tərəfindən yaradılan fərdi nizamnamələrin hazırlanmasında əsasdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnamə dövlət və bələdiyyə tərəfindən yaradılan fərdi nizamnamələrin hazırlanmasında əsasdır. Uşaq evləri sosial xidmət müəssisələrinin fərdi nizamnamələri müvafiq qərarlara uyğun hazırlanır. Müəssisə çətin həyat şəraitində yaşayan şəxslərə evdə, yarımstasionar və stasionar xidmətlər göstərir. Dövlət adından yaradılan publik hüquqi şəxslər Nazirlik və ya icra hakimiyyəti orqanı tərəfindən təsis olunur. Bələdiyyə tabeliyindəki müəssisələr müvafiq bələdiyyə tərəfindən yaradılır. Müəssisənin müstəqil balansı, əmlakı, bank hesabı və möhürü vardır.