Salyanda baş verən qəzada sürücü avtomobildə yanaraq ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Əzizov Emil Asəf oğlu saat 04:00 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya uğrayıb.
Məlumata görə Ağcabədidən toydan qayıdan E. Əzizovun avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb, sonra isə alışaraq yanıb.
Nəticədə sürücü avtomobildə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.