Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Blokun adı bloka daxil olmuş siyasi partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir. Blokun adlandırılmasında blokda olmayan siyasi partiyaların adlarından istifadə edilə bilməz. Siyasi blokun adı seçkilərdə şəffaflığı təmin edir.