Tbilisidəki 8 saylı Qldani cəzaçəkmə müəssisəsinin keçmiş direktoru Davit Qoqoberişvili intihar edib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, onun meyiti evinin avtomobil qarajında aşkarlanıb.

D.Qoqoberişvilinin güllə yarası aldığı bildirilir.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə araşdırma aparılır.

Qeyd edək ki, D.Qoqoberişvili və onun müavini Giorgi Kemoklidze bir neçə ay öncə vəzifələrini tərk ediblər.

Onların istefasına səbəb Qldani həbsxanasında saxlanılan Bidzina İvanişvilinin maliyyə məsələləri üzrə keçmiş müşaviri Giorgi Baçiaşvilinin döyülməsi ilə bağlı insident olub.