Ticarət-əyləncə kompleksləri ilə bağlı normalarda əsas anlayışlar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Burada çevik planlaşdırma strukturu anlayışı yükdaşıyan konstruksiyalar saxlanılmaqla yenidən planlaşdırmanı təmin edən həll kimi izah olunur.
Əsas müəssisə anlayışı isə kompleksin ümumi sahəsinin ən azı 5 faizini tutaraq daimi alıcı axınını təmin edən obyektlərdir.
Ticarət-əyləncə kompleksi anlayışı isə bir çox xidmət, ticarət, idman və mədəniyyət obyektlərini birləşdirən bina kompleksi kimi təqdim edilir.