Ticarət-əyləncə komplekslərinin ərazisi mexaniki nəqliyyat vasitələrinin icazəsiz girişinə qarşı fiziki sədlərlə hasarlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Əraziyə yalnız şlaqbaum və giriş-çıxışı məhdudlaşdıran digər vasitələrlə təchiz olunmuş nəzarət-buraxılış məntəqələrindən daxil olmaq mümkündür.

Bununla yanaşı, ərazi mütləq şəkildə video-müşahidə vasitələri ilə təmin edilməlidir.

Bu tədbirlər təhlükəsizlik səviyyəsini gücləndirmək məqsədi daşıyır.