Vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində təsbit edilib.

Siyahının dəqiqləşdirilməsi barədə məlumat məntəqə və dairə seçki komissiyaları vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyahı bütün Azərbaycan üzrə seçki məntəqələri və dairələrini əhatə edir. Seçici siyahısına dairə seçki komissiyalarının təsdiq etdiyi məlumatlar əlavə edilmir.