Dövlət ekoloji ekspertizası Agentlik tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ekspertiza müxtəlif obyektlər, layihələr və sənədlər üzrə həyata keçirilir.
Dövlət və yerli proqramların layihələri, texniki-iqtisadi əsaslandırmalar və yeni texnologiyalar buna daxildir.
Ekspertiza həmçinin ərazilərin kompleks ekoloji tədqiqatlarını və xüsusi mühafizə olunan əraziləri əhatə edir.