Kompleksin yeraltı hissəsinə giriş nəzarət-buraxılış sistemləri ilə tənzimlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Yeraltı sahələrdə fasiləsiz videomüşahidə tətbiq olunmalıdır.
Zərurət yaranarsa, həmin hissələrdə xüsusi mühafizə xidməti təşkil olunmalıdır.
Bu yanaşma təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edir.