Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
Partlayış fərdi yaşayış evinin mətbəxində baş verib.
İlkin məlumata görə, partlayış qaz sızmasından olub. Əraziyə FHN qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.
Partlayış nəticəsində ev sahibi Afilya Göyüşova yanıq xəsarətləri alıb.
O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.