İsrail və HAMAS hərəkatının nümayəndələri sülh ABŞ prezidenti Donald Trampın sülh planının birinci mərhələsi ilə bağlı müqavilə imzalayıblar.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat verib.
“Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram. Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bütün tərəflərə ədalətli davranılacaq!. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”, – deyə o bildirib.
HAMAS Hərəkatı isə “Telegram” kanalındakı bəyanatında Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Bəyanatda bildirilib ki, HAMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır”.
HAMAS həmçinin məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə, həmçinin ABŞ Prezidenti Donald Trampa atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində işlədiyinə görə təşəkkür edib.