Səyyar xidmət sifarişçinin göstərdiyi ünvanda həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nda əksini tapıb.

Xidmət İnnovasiyalar Mərkəzinin nümayəndələri vasitəsilə həyata keçirilir.

Səyyar xidmət müqaviləsi iki nüsxədə tərtib olunur.

Müqavilənin bir nüsxəsi sifarişçiyə, digəri İnnovasiyalar Mərkəzinə verilir.

Sifarişçilərin sayı və ünvanların uzaqlığı nəzərə alınaraq gündəlik xidmət sayı məhdudlaşdırıla bilər.

Xidmət zamanı tələb olunan sənədlər qanunvericiliyə uyğun olaraq toplanır.

Sənədlər Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə bilər.

Təhvil-təslim aktı hazırlanaraq Şöbəyə təqdim olunur.

Xidmətin həyata keçirilməsi zamanı əlavə sənəd tələb edilə bilməz.