Sifarişçilər səyyar xidmətləri “Çağrı” mərkəzi və ya onlayn formalar vasitəsilə sifariş edə bilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.
Qaydalar yalnız müəyyən edilmiş üsullarla verilmiş sifarişləri qəbul edir.
Sifariş prosesi zamanı yalan məlumat verilməsi və xidmətin əsassız imtinası hallarına qarşı tədbirlər görülür.
Sifarişçi xidmət şərtləri ilə razılaşdıqda onun məlumatları proqram vasitəsilə qeyd olunur.
Operator xidməti vaxtını və tarixini müəyyən edir və sifarişçiyə təsdiq edir.
Xidmətin xüsusiyyətindən asılı olaraq sifarişçiyə imtina halları barədə məlumat verilir.
Sifariş təsdiq edildikdən sonra Şöbə məsul əməkdaşlarına ötürülür.
Sifarişlə bağlı xidmət göstərəcək əməkdaşlar müəyyən olunur və qrafik hazırlanır.
Hər iş gününün sonunda növbəti iş günü üçün xidmət qrafiki təsdiqlənir və əməkdaşlara çatdırılır.