Təhlükəli ərazi partlayıcı sursatların olması ehtimal edilən ərazini ifadə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Təhlükəli ərazilər şübhəli və təsdiq olunmuş təhlükəli ərazi olmaqla iki növə ayrılır.
Şübhəli təhlükəli ərazi dəlillər əsasında partlayıcı sursatlarla çirklənməyə əsaslı şübhələrin yarandığı yerdir.
Təsdiq olunmuş təhlükəli ərazi isə sübutlar əsasında çirkləndiyi təsdiqlənmiş ərazidir.