Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya aparıcı Saleh Bağırov məlumat verib.
Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub.
Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.