Nobel Sülh mükafatı alan şəxs (Mariya Korina Maçado – red.) mənə zəng edərək, bu mükafatı mənə həsr etdiyini dedi.
Heftelik.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Mən ona demədim ki, bunu (mükafatı – red.) mənə ver. Amma düşünürəm ki, o, verə bilərdi”, – ABŞ prezidenti əlavə edib və onun bu sözləri gülüşə səbəb olub.
Qeyd edək ki, Maçado onun azadlıq və demokratiya uğrunda mübarizəsinin Tramp və digər əsas müttəfiqlərdən asılı olduğunu yazıb.
“Mən bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə verdiyi qətiyyətli dəstəyə görə Prezident Trampa həsr edirəm!” – o bildirib.
Xatırladaq ki, venesuelalı demokratiya fəalı Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görülüb. Nobel Sülh mükafatına namizədlər arasında isə Donald Tramp da var idi.