Deputat Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib.

Partiyanın mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, bu barədə Rəyasət Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Məlumata görə, Elçin Mirzəbəylinin müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyi nəzərə alaraq belə bir qərar qəbul olunub.

Elçin Mirzəbəyli isə modern.az-a açıqlamasında deyib ki, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib, xəbəri də yalnız mətbuatdan oxuyub:

“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”.