Müəssisə sosial xidmətin keyfiyyətini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Hər şəxs üçün fərdi reabilitasiya planı hazırlanır. Stasionar və yarımstasionar şəxslər qida və geyimlə təmin olunur. Mədəni və asudə vaxtın səmərəli təşkili həyata keçirilir. Tibbi yardım və məsləhətlər göstərilir. Hüquq və mənafelər müdafiə olunur. Statistik məlumatlar tabe orqanlara təqdim edilir.