Direktor müəssisəyə cari rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.
O, strateji məqsədlərin icrasına nəzarət edir. Struktur bölmələrinin fəaliyyətinə rəhbərlik edir. İş planını təsdiqləyir və icrasını izləyir. Maliyyə vəsaitinin səmərəli istifadəsini təmin edir. Daxili qaydaların tətbiqini təsdiqləyir. İşçilərin vəzifə və maaş məsələlərini tənzimləyir.
