Dəlil ibtidai məlumatlara əsasən partlayıcı sursat ehtimalını və ya çirklənmə əlamətlərini göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Sübut minatəmizləmə zamanı aşkar edilmiş partlayıcı sursat və ya onların qalıqlarıdır.
Əldədüzəlmə partlayıcı qurğu insanları məhv etmək və ya hərəkəti məhdudlaşdırmaq üçün kustar üsulla hazırlanır.
Qalıq risk isə bütün ağlabatan səylərdən sonra ərazidə qalan riskdir.
