İstintaq zamanı həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca siyahılara daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu,Seçki Məcəlləsində əksini tapıb.
Bu məlumatlar məhkəmə və ya icra hakimiyyəti orqanları tərəfindən səsvermə gününə ən azı 2 gün qalmış təqdim olunur.
Siyahıya daxil edilmə üçün şəxsiyyət vəsiqəsinin tam göstəriciləri olmalıdır. Bu qayda həbsdə olan seçicilərin hüquqlarının qorunmasını təmin edir. Səsvermədə iştirak imkanı yaradılır.
