Ticarət-əyləncə komplekslərinin konstruktiv elementləri istismar müddətinə uyğun hazırlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Rütubət, temperatur və digər əlverişsiz amillərə davamlı materiallardan istifadə olunması vacibdir. Konstruksiyalar qəza vəziyyətlərini nəzərə alaraq hesablanmalıdır. Bu yanaşma təhlükəsizliyi artırır.