Trampa orden veriləcək

13 Oktyabr 2025, 11:48

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək dövlət mükafatı olan Nil ordenini təqdim etmək qərarına gəlib.

Heftelik.az xəbər verir ki, bu barədə Prezident əs-Sisinin mətbuat katibi Əhməd Fəhmi Facebook səhifəsində məlumat verib.

Fəhmi qeyd edib ki, bu orden Trampın Fələstin-İsrail münaqişəsinin nizamlanmasına verdiyi töhfəyə görə təqdim olunur.

“Prezident Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampa Nil Ordeni təqdim etmək qərarına gəlib. Bu addım onun sülh səylərinə dəstəyi, münaqişədə gərginliyin azaldılmasına verdiyi töhfəsi və xüsusilə də Qəzzadakı müharibənin dayandırılmasında həlledici rolu üçün atılıb”, – məlumatda bildirilir.