Abunəçi operatora müraciət etməklə şəbəkəyə qoşula bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda əksini tapıb.
Operator 3 iş günü ərzində texniki imkan barədə məlumat verir. Müraciət əsasında qoşulma müqaviləsi bağlanır. Müqaviləyə şəxsiyyət sənədinin surəti əlavə olunur. Müqavilə iki nüsxədə tərtib edilir. Bir nüsxə abunəçiyə verilir, digəri operatorda qalır. Müqavilə abunəçi tərəfindən və ya şərtlərin pozulması hallarında ləğv edilə bilər.
