Komplekslərin ərazisində mütləq avtomobil dayanacaqları nəzərdə tutulacaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Dayanacaq yerləri həm ziyarətçilərin, həm də kompleks əməkdaşlarının istifadəsinə uyğun olacaq.

Yük avtomobilləri üçün ayrıca dayanacaqlar da layihəyə daxil edilməlidir.

Belə yanaşma logistika və hərəkət rahatlığını təmin etmək məqsədi daşıyır.