İsitmə, ventilyasiya və kondisioner sistemləri müxtəlif funksional zonalar üçün ayrıca layihələndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Avtomobil dayanacaqlarının avadanlıqları da müvafiq normativlər əsasında hazırlanmalıdır.

Dəyişən ziyarətçi sayına uyğun adaptiv ventilyasiya sistemlərinə yol verilir.

Bu sistemlər karbon qazı və temperatur göstəricilərinə əsasən işləyir.