Səyyar xidmət üç növdə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nda əksini tapıb.

Birinci növ, sənədlərin təhvil alınması və hazır sənədlərin verilməsidir.

İkinci növ, yalnız sənədlərin təhvil alınmasıdır.

Üçüncü növ, hazır sənədlərin təslim edilməsidir.

Xidmətin aparılması üçün qrup razılaşdırılmış ünvana gedir.

Qrup rəhbəri xidməti vəsiqəsini təqdim edir.

Sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanılır.

Sifarişçi ilə müqavilə bağlanır və ödəniş qəbul edilir.

Xidmət nəticəsində sənədlər sifarişçiyə çatdırılır.