“Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24.01.2025-ci il tarixli
Q Ə T N A M ƏSİ:
(Bakı şəhəri, İş № e-2(004)-167/2025)
“TƏZADLAR” Qəzeti Redaksiyasının internet xəbər veb saytında (https://tezadlar.az) 10.03.2024-cü il tarixdə yayımlanan “AMEA-nın Tarix və Etnologiya institutunun elmi jurnalında plagiat məqalə” başlıqlı, 18.03.2024-cü il tarixdə yayımlanan “Baş redaktor AMEA prezidenti İsa Həbibbəyliyə müraciət göndərdi” başlıqlı, 18.01.2024-ci il tarixdə yayımlanan “Heydər Əliyev irsini araşdırmağımıza görə görə bizə ciddi maneələr başladı” başlıqlı, 25.02.2024-cü il tarixdə yayımlanan “Tarix institutunda indi baş verənlər tarixə yazılacaq, çünki” başlıqlı və 29.02.2024-cü il tarixdə yayımlanan “İsa Həbibbəyli tarix institutunda baş verənlərlə bağlı mənə dedi ki” başlıqlı məqalərlərdə Məmmədli Şəhla Rafiq qızının barəsində yazılmış məlumatlar onun işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumat hesab olunmaqla, cavabdeh “Təzadlar” Qəzeti Redaksiyasının üzərinə aşağıdakı məzmunda təkzib vermək vəzifəsi qoyulsun: “TƏZADLAR” Qəzeti Redaksiyasının internet xəbər veb saytında (https://tezadlar.az) 10.03.2024-cü il tarixdə yayımlanan “AMEA-nın Tarix və Etnologiya institutunun elmi jurnalında plagiat məqalə” başlıqlı, 18.03.2024-cü il tarixdə yayımlanan “Baş redaktor AMEA prezidenti İsa Həbibbəyliyə müraciət göndərdi” başlıqlı, 18.01.2024-ci il tarixdə
yayımlanan “Heydər Əliyev irsini araşdırmağımıza görə görə bizə ciddi maneələr başladı” başlıqlı, 25.02.2024-cü il tarixdə yayımlanan “Tarix institutunda indi baş verənlər tarixə yazılacaq, çünki” başlıqlı və 29.02.2024-cü il tarixdə yayımlanan “İsa Həbibbəyli tarix institutunda baş verənlərlə bağlı mənə dedi ki” başlıqlı məqalərlərdə Məmmədli Şəhla Rafiq qızının barəsində yazılmış məlumatlar həqiqətə uyğun deyildir.”