Komplekslər yanğın təhlükəsizliyi qanunlarına uyğun olaraq çoxfunksiyalı ictimai binalara aid edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Müxtəlif obyektlər üçün ayrıca yanğın təhlükəsi sinifləri müəyyənləşdirilməlidir. Tüstü xaric edilmə sistemi mütləqdir. Avtomatik yanğınsöndürmə qurğuları ilə təminat əsas şərtdir.
