Operator qoşulma haqqını aldıqdan sonra xidməti təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda əksini tapıb.
Telefon xətti və aparat şəbəkəyə qoşulur. Nömrələrin aktivləşdirilməsi Nazirlər Kabineti qərarına uyğun aparılır. Quraşdırılmağa başlanmış ərazilərdə qoşulma əvvəlcədən sənədləşdirilə bilər. Bu halda xidmətdən istifadə müddəti müqaviləyə uyğun təmin olunur. Son avadanlıq abunəçinin istədiyi yerdə quraşdırılır. Avadanlıq sertifikatlı və standartlara uyğundur.