Pakistan və Əfqanıstan 48 saatlıq atəşkəs barədə razılığa gəlib.
Heftelik.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
XİN-nin bəyanatında bildirilib ki, Talibanın müraciəti və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib.
Təhlükəsizlik mənbələri bildiriblər ki, bundan əvvəl Pakistan ordusu Əfqanıstanın Qəndəhar əyalətində Talibanın əsas dayaq məntəqələrinə dəqiq zərbələr endirib.
Mənbələrin məlumatına görə, hədəf zərbələri Talibanın 4 saylı batalyonunu və 6 saylı sərhəd briqadasını məhv edib, onlarla əfqan və əcnəbi döyüşçü həlak olub.