Səyyar qrupun tərkibi və üzvlərin sayı Şöbə tərəfindən müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nda əksini tapıb.

Qrupun rəhbəri Dövlət Agentliyinin əməkdaşıdır.

Qrupda İnnovasiyalar Mərkəzinin əməkdaşları iştirak edir.

Müvafiq xidmətlər üzrə dövlət qurumlarının əməkdaşları da qrupa daxil ola bilər.

Notarius xidmətin təmin olunmasında iştirak edə bilər.

Funksional yardımçı xidmətlərin əməkdaşları qrupa daxil edilir.

Qrup üzvləri müəyyən səlahiyyətlər çərçivəsində xidmət göstərir.

Səyyar qrup vahid geyim formasında fəaliyyət göstərir.

Üzvlər xidməti keyfiyyətin artırılması üçün təlimlərdə iştirak edirlər.