Səyyar xidmətlərin statistikası Şöbənin məsul şəxsləri tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.
Statistika sifarişlərin sayı, ödəniş məbləği və xidmət keyfiyyəti üzrə hazırlanır.
Təmin edilmiş və təmin edilməmiş sifarişlərin sayı ayrıca qeyd olunur.
Məmnunluq anketini dolduran və doldurmayan şəxslərin sayı ayrıca göstərilir.
Problemlərin və səbəblərin statistikası da hazırlanır.
Səyyar xidmət sifarişlərinin xidmətlər üzrə bölgüsü aparılır.
Müraciət edənlərin sosial statusu nəzərə alınır.
Xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlmiş digər parametrlər də təhlil olunur.
Statistik hesabatlar xidmətlərin təkmilləşdirilməsi üçün istifadə edilir.
