Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.
Heftelik.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.
O, hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.
A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.