Hidrotexniki qurğuların hesablanmasında qeyri-xətti və qeyri-elastik deformasiya, materialların müxtəlifcinsliyi və çatların təsiri nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.
Zamandan asılı olaraq qruntların və tikinti materiallarının fiziki-mexaniki xarakteristikaları dəyişir. Qurğuların tikilmə və yüklənmə mərhələləri də hesablama prosesinə daxil edilir. Bu yanaşma risklərin minimuma endirilməsini təmin edir.
