Kompleksin təhlükəsizliyini təmin edən mərkəzi idarəetmə məntəqəsi icazəsiz müdaxilədən qorunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Onun konstruksiyaları odadavamlılıq həddinə uyğun olmalıdır.
Bundan əlavə, məntəqə işçiləri müxtəlif silahların atəşindən də qorunmalıdır.
Bu tədbirlər idarəetmənin fasiləsizliyini və təhlükəsizliyini təmin edir.
