Ticarət-əyləncə komplekslərində təxliyə yolları xüsusi qaydalarla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Təxliyə çıxışlarının sayı və eni insan axınına uyğun olmalıdır. Yanğınsöndürən maşınların yaxınlaşma imkanı təmin edilməlidir. Əlavə olaraq, su mənbələrinin olması vacib sayılır.
